«Dəmirbank»ın aktivləri son bir ildə 14% artıb

«Dəmirbank»ın aktivləri son bir ildə 14% artıb
# 20 sentyabr 2012 13:33 (UTC +04:00)
Bakıə Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivləri cari ilin sentyabrın 1-nə 375,4 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi 14,9% artaraq 283,6 mln. manatı ötüb.

Bankda müştəri depozitlərinin həcmi 148,7 mln. manat, o cümlədən əhalinin əmanətlərinin həcmi isə 124,3 mln. manat təşkil edib ki, hesabat dövründə bu göstərici 29,1% artıb.

Qeyd edək ki, bu müddət ərzində bankın məcmu kapitalı 56,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 21 mln. manat olub.

Xatırladaq ki, «Dəmirbank» ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR