TÜRKPA-nın 4 daimi komissiyasının iclası keçiriləcək

TÜRKPA-nın 4 daimi komissiyasının iclası keçiriləcək
# 22 iyun 2012 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu ilin sentyabr-noyabr aylarında TÜRKPA-nın 4 daimi komissiyasının iclası keçiriləcək. APA-nın məlumatına görə, bunu TÜRKPA-nın baş katibi Ramil Həsənov bildirib ki, Humanitar və sosial məsələlər komitəsinin son iclaslarında ortaq əlifba ilə bağlı məsələ qaldırılıb və buna müsbət yanaşılıb. Bu istiqamətdə işlərin həyata keçirilməsi üçün elm adamlarından ibarət qrup yaradılması qərara alınıb.

Baş katib quruma Özbəkistan və Türkmənistanın qoşulmaması ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, dövlət başçılarının Bişkek sammitində Türkmənistan prezidenti iştirak edərsə, Türkmənistanın təşkilatda ən azı müşahidəçi qismində təmsil edilməsinə ümid bəsləmək olar. Hazırda hər iki dövlətin başçısının tədbirdə iştirakı ilə əlaqədar iş aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR