Azərbaycan prezidenti Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Patrik Mak Quaydı qəbul edib

Azərbaycan prezidenti Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Patrik Mak Quaydı qəbul edib
# 13 may 2012 11:59 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 13-də Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd edib, bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini vurğulayıb.

Öz növbəsində, P. M. Quayd müasir dövrdə velosiped sürmə idman növünə dünyanın müxtəlif ölkələrində marağın getdikcə artdığını deyib, qlobal istiləşmə, iqlim dəyişikliyi, ətraf mühitin qorunması və digər məsələlərin həllində bu idman növünə daha çox üstünlük verildiyini vurğulayıb.

O, Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR