Ali məktəblərə daxil olan tələbələr gələcəkdə attestatlarını həmin ali məktəblərə verməyəcəklər

Ali məktəblərə daxil olan tələbələr gələcəkdə attestatlarını həmin ali məktəblərə verməyəcəklər
# 25 may 2012 10:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Gələcəkdə ali məktəblərə daxil olan tələbələr attestatlarını daxil olduqları ali məktəblərə verməyəcəklər”. APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

M. Abbaszadə bildirib ki, bu ildən orta məktəb məzunlarına elektron attestatlar veriləcək: “Builki məzunlar qəbul imtahanlarına gələndə artıq öz attestatlarını bizə təqdim etməyəcəklər. Onlar ali məktəbə qəbul olunsalar, daxil olduqları təhsil müəssisəsinə attestatlarını təqdim etməyə də bilərlər. Çünki həmin attestatlar elektron formada ali məktəblərə də göndəriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR