Estoniyadakı Azərbaycan həftəsonu məktəbi yüksək qiymətə layiq görülüb - FOTO

Estoniyadakı Azərbaycan həftəsonu məktəbi yüksək qiymətə layiq görülüb - <font color=red>FOTO</font>
# 14 may 2012 13:16 (UTC +04:00)
Bakı - APA. Estoniya İnteqrasiya Departamenti və Estoniya Təhsil Nazirliyinin keçirdiyi milli azlıqların ölkədə fəaliyyət göstərən 100-dək məktəbində apardığı monitorinq nəticəsində Tallindəkı Azərbaycan Həftəsonu məktəbi ən yüksək qiymətə layiq görülüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktəbin rəhbəri Sənəm Əliyeva və müəllimə Elmira Həsənova tərifnamələrə layiq görülüblər. Eyni zamanda mükafat olaraq Estoniya İnteqrasiya Departamenti tərəfindən Azərbaycan Həftəsonu məktəbinə tam heyətlə Sankt-Peterburqa tədris ezamiyyəti təqdim edilib. Qeyd edək ki, hər iki müəllimə Azərbaycan məktəbinin yetirmələridir.
Qeyd edək ki, monitorinq ötən ilin oktyabr ayından bu ilin aprelinədək keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR