Azərbaycanda 246 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

Azərbaycanda 246 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb
# 10 aprel 2012 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 133 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.

DRİ-dən «APA-Economics»ə verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 246 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 120 ədədi (48,8%) qeydiyyata salınıb, 53 ədədi (21,5%) möhürlənib və 73 ədədin (29,7%) qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 11 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR