Avropa Parlamentinin üzvləri Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər

Avropa Parlamentinin üzvləri Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər
# 08 iyun 2012 14:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda səfərdə olan Avropa Parlamentinin və Almaniya Bundestaqı üzvlərindən ibarət nümayəndə heyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Avropa Parlamentinin üzvləri – Hörst Şnellhardt, Markus Ferber, Almaniya Bundestaqının üzvləri – Tankred Şipanski, Tomas Bareib, Budestaqın elmi işçisi, hüquqşünas – Kristof Graber, Almaniya Bundestaqının və AŞ PA-nın keçmiş üzvü – Eduard Lintner və Almaniya Sənaye Nazirliyinin əməkdaşları – Tim Brukmüller, Dimos Qatids və Ellada Matsoukatidudan ibarət olub.

Nümayəndə heyəti təcridxananın fəaliyyəti və təqsirləndirilən şəxslərin saxlanma şəraiti ilə yaxından tanış olublar. Onları maraqlandırılan suallar cavablandırılıb. Başçəkmə zamanı qonaqlara respublikada son illərdə penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr barədə ətraflı məlumat verilib. Eyni zamanda Azərbaycanda cinayət cəzalarının icrası sahəsində qanunvericilikdə edilmiş son dəyişikliklər və Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında ədliyyə sahəsindəki əməkdaşlığın nəticələri nümayəndə heyətinin nəzərinə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR