Fransanın Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri AMEA Botanika İnstitutunda olub

Fransanın Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri AMEA Botanika İnstitutunda olub
# 10 iyul 2012 14:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanda meyvə ağacları və tərəvəz bitkilərini yoluxduran fitoplazma xəstəliklərini birgə tədqiq etmək məqsədilə Fransanın Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun “Meyvələrin biologiyası və patologiyası” şöbəsinin elmi tədqiqatlar üzrə müdiri Xavier Foissac Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun “Bioloji məhsuldarlığın fundamental problemləri” şöbəsində olub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xavier Foissac şöbənin əməkdaşları ilə birlikdə fitoplazma xəstəliklərinin əlamətlərinə malik bitkilərin diaqnostikası, onların daşıyıcıları olan həşərat vektorlarının toplanması və bu xəstəliyə qarşı mübarizə tədbirləri haqda geniş müzakirələr aparıb. Görüş çərçivəsində xəstə ağacların aşkar olunması məqsədilə Bakı, Abşeron və Qubaya ekspedisiyalar həyata keçirilib, həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Tərəvəzçilik, Qubada yerləşən Bağçılıq və Subtropik Meyvələr elmi-tədqiqat institutlarının və AMEA Nəbatat Bağının meyvə və tərəvəz becərilən təcrübə sahələrində xəstəlik əlamətlərinə malik gavalı, şaftalı və ərik ağacları aşkarlanıb və analizlər aparmaq üçün onlardan yarpaq nümunələri toplanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR