Kabardin-Balkarda polis zabiti öldürülüb

Kabardin-Balkarda polis zabiti öldürülüb
# 01 noyabr 2012 21:15 (UTC +04:00)
Bakı-APA. Kabardin-Balkarda naməlum şəxslər odlu silahdan atəş açaraq polis leytenantını qətlə yetiriblər.

APA-nın İnterfax agentliyinə istinadən verdiyi məlumata görə, polis zabiti Kabardin-Balkarın Baskan şəhərində avtomobillərin texniki xidməti məntəqəsində olarkən naməlum şəxslər tərəfindən, 7,62 mm və 9 mm kalibrli silahdan atəşə tutulub. O aldığı yaralardan yerindəcə dünyasını dəyişib. Hücum edənlər hadisə yerindən qaçıblar.
Cinayətkarların axtarışı aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR