Londonda ARDNŞ və BP-nin vitse-prezidentləri görüşüb

Londonda ARDNŞ və BP-nin vitse-prezidentləri görüşüb
# 27 mart 2012 10:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov –APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Böyük Britaniyada səfərdə olan ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Londonda BP şirkətinin «Şahdəniz» layihəsi üzrə vitse-prezidenti Alasdayr Kukla görüşüb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə «Şahdəniz» layihəsi üzrə ekoloji risklər, layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi, «Şahdəniz-2» fazasına hazırlıq işləri barəsində məsələlər müzakirə edilib.

BP-nin Azərbaycanda həyata keçirdiyi əvvəlki layihələr nəzərə alınaraq «Şahdəniz-2» layihəsi çərçivəsində daha yüksək ekoloji tələblərə uyğun avadanlıqların quraşdırılması tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR