Azərbaycanda may ayında deflyasiya müşahidə olunub

Azərbaycanda may ayında deflyasiya müşahidə olunub
# 06 iyun 2012 09:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin may ayında ərzaq məhsullarının qiymətlərinin 1,9% ucuzlaşması, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,2% bahalaşması və qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,9% ucuzlaşmasına səbəb olub. “APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ay ərzində ərzaq məhsullarından unun, manna və qarabaşaq yarmalarının, çörəyin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, kərə yağının, günəbaxan və zeytun yağlarının, şəkər və şəkər tozunun, portağalın, bananın, almanın, armudun, albalı və gilasın, alçanın, çiyələyin, şabalıdın, göyərtinin, kələmin, pomidor və xiyarın, bibərin, badımcanın, göy lobyanın, sarımsağın, göbələyin, kartofun qiyməti ucuzlaşıb. Limonun, naringinin, çuğundurun, kökün, soğanın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, may ayında MDB ölkələrinə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR