Qahirədə «Beynəlxalq Novruz festivalı» keçirilib - FOTO

Qahirədə «Beynəlxalq Novruz festivalı» keçirilib - <font color=red>FOTO</font>
# 26 mart 2012 13:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Qahirə şəhərində Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Tacikistan, Özbəkistan və Əfqanıstanın Misirdəki səfirliklərinin birgə iştirakı ilə «Beynəlxalq Novruz festivalı» keçirilib. Bu barədə APA-ya Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Tədbirdə festivalın təşkilatçısı olan ölkələrin səfirləri, bu ölkələrin Misirdəki icma üzvləri, Misirin dövlət və hökumət təmsilçiləri, Qahirədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, akademik və elmi dairələr və ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Azərbaycanın təşəbbüsü və Novruzu qeyd edən bir çox dövlətlərin həmmüəllifliyi ilə BMT Baş Məclisində 2010-cu ildə qəbul olunmuş «Beynəlxalq Novruz günü» qətnaməsi haqqında məlumat verib. Səfir qeyd edib ki, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkan, Yaxın Şərq və Qara dəniz hövzəsi boyunca 300 milyondan artıq insan tərəfindən qeyd olunan Novruzun əsas qayəsini insanlar və xalqlar arasında sülh, dostluq və əməkdaşlıq təşkil edir.

Festivalda Türkiyə, Özbəkistan, İran, Tacikistan və Əfqanıstanın səfirləri də çıxış ediblər. Festival çərçivəsində hər bir ölkənin milli mədəniyyətini və Novruz adət-ənənələri əks etdirən xüsusi guşələr nümayiş olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR