TQDK: Çağırışçıların ali məktəblərə sənəd verməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır

TQDK: Çağırışçıların ali məktəblərə sənəd verməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır
# 14 may 2012 13:35 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, son zamanlar Komissiyaya vətəndaşlar tərəfindən hərbi çağırışdan möhlət almalarına dair soxsaylı müraciətlər daxil olur: “TQDK bununla əlaqədar olaraq bildirir ki, Azərbaycanda hərbi çağırıçşla əlaqədar bütün məsələlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir. Qəbul qaydalarına əsasən, ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirmiş 18 yaşı tamam olan (1994-cü il uyulun 30-dək anadan olmuş), 35 yaşınadək olan çağırışçıların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayış və hərbi sənədlərində bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR