Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib - <font color=red>FOTO</font>
# 06 iyul 2012 10:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir Fizuli Ələkbərovun sədrliyi ilə keçən iclasda qurumun struktur bölmələrinin və İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.

F.Ələkbərov iclasda 2011-ci ilin ortalarında nazirlik yanında yaradılmış İctimai Şuranın fəaliyyətindən danışıb. O deyib ki, sosial müdafiə tədbirlərinin təşkili, həmçinin bu tədbirlərlə bağlı monitorinqlərin aparılması, sosial qanunvericiliyin təkmilləşdirilməsi, yeni qanun layihələrinin, o cümlədən “Sosial xidmət haqqında” qanun layihəsinin işlənib hazırlanması və digər istiqamətlərdə İctimai Şurada təmsil olunan vətəndaş cəmiyyəti institutları ilə birgə işlər görülüb.

ƏƏSMN-in Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov aktiv sosial yardım proqramları, o cümlədən “Özünədəstək” layihəsinin gələcək inkişaf perspektivləri və təkmilləşdirilmiş sosial xidmətlərin təqdim olunmasında yeni yanaşmalardan danışıb. O, Azərbaycanın qoşulduğu Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində informasiya açıqlığının təmin edilməsi və elektron xidmətlərin göstərilməsi sahəsində nazirliyin gördüyü işlər barədə məlumat verib.

İclasda son bir neçə ay ərzində sosial təminat sahəsində görülən işlər, ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsi və yerlərdə bu prosesə nazirlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərinə vətəndaş cəmiyyəti institutlarının fəal qoşulmasının təmini, aztəminatlı ailələrin aktiv sosial yardım proqramlarına cəlb olunması və bu istiqamətdə nazirlik nəzdində Sosial Dəstək Fondunun yaradılması məsələləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR