Baş Prokurorluq 1-ci kateqoriya dövlət orqanı olacaq

Baş Prokurorluq 1-ci kateqoriya dövlət orqanı olacaq
# 29 sentyabr 2012 10:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Baş Prokurorluğu 1-ci kateqoriya dövlət orqanları siyahısına daxil ediləcək. APA-nın xəbərinə görə, bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik nəzərdə tutulub. Dəyişiklik Milli Məclisin oktyabrın 1-də – Prokurorluq İşçilərinin Peşə Bayramı Günündə keçiriləcək iclasında qəbul olunacaq.

İndiyə qədər 1-ci kateqoriya dövlət orqanları siyahısına Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) Aparatı daxil idi.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu isə 2-ci kateqoriya dövlət orqanları siyahısına salınacaq.

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu və Bakı şəhər Prokurorluğu 3-cü kateqoriya dövlət orqanları, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları isə 4-cü kateqoriya dövlət orqanları siyahısına daxil ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR