Mətbuat Şurasının sədri “Sərhədsiz Reportyorlar” Təşkilatının təmsilçisi ilə görüşüb - FOTO

Mətbuat Şurasının sədri “Sərhədsiz Reportyorlar” Təşkilatının təmsilçisi ilə görüşüb - <font color=red>FOTO</font>
# 18 may 2012 13:54 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov “Sərhədsiz Reportyorlar” Təşkilatı İdarə Heyətinin mədəniyyət üzrə məsul təmsilçisi İngo Petzlə görüşüb. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov avropalı qonağa rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. MŞ-nin konkret fəaliyyət istiqamətlərindən söz açan Ə.Amaşov müxtəlif illərdə qurum tərəfindən qanunvericiliklə bağlı təkliflərin irəli sürüldüyünü və müsbət dəyərləndirildiyini deyib.

Görüşdə söz və mətbuat azadlığının müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. “Sərhədsiz Reportyorlar” Təşkilatının nümayəndəsi İ.Petz məsələyə münasibətdə həm fərqli, həm də oxşar baxışların mövcudluğunu bildirib. Azərbaycana səfərinin məqsədləri ilə bağlı məlumat verən İ.Petz təmsil olunduğu qurumla MŞ-nin birgə əməkdaşlıq münasibətlərinin vacibliyini önə çəkib. Qarşılıqlı əlaqələrin mümkün perspektiv istiqamətləri ətrafında diskussiyalar aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR