Azərbaycan prezidenti Dövlət Bayrağı Meydanında abadlıq-quruculuq işləri ilə tanış olub

Azərbaycan prezidenti Dövlət Bayrağı Meydanında abadlıq-quruculuq işləri ilə tanış olub
# 11 oktyabr 2012 16:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olub. APA-nın məlumatına görə, prezident İlham Əliyevə layihə üzrə görülən işlər barədə məlumat verilib. Bakı bulvarının genişləndirilmiş hissəsində paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün ən müasir şəraitin yaradılması istiqamətində işlərin davam etdirildiyi bildirilib. Bakı bulvarının genişləndirilmiş hissəsində həyata keçirilən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR