Gəncədə 29 yaşlı qadının mədəsindən 16 yad cisim çıxarılıb - FOTO

Gəncədə 29 yaşlı qadının mədəsindən 16 yad cisim çıxarılıb - <font color=red>FOTO</font>
# 27 aprel 2012 12:17 (UTC +04:00)
Gəncə.Ayxan Hüseynov-APA. Gəncədə keçirilən cərrahiyyə əməliyyatı zamanı Ağstafa sakini olan 29 yaşlı qadının mədəsindən 16 yad cisim çıxarılıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, dünən günorta saatlarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına mədə ağrısı ilə gətirilmiş Ağstafa rayonu, Qırlı kənd sakini, 1983-cü il təvəllüdlü Əmiraslanova Əsmər Hətəm qızının müayinəsi zamanı onun daxili orqanlarında xeyli sayda yad cisimlərin olması müyyən edilib. 4 saatlıq əməliyyat nəticəsində 29 yaşlı qadının mədəsindən 16 ədəd məişət mismarı, əyilmiş vəziyyətdə bıçaq, ülgüc qırıqları, əyilmiş dəmir parçaları və şüşə qırıqları çıxarılıb. Əməliyyatdan sonra qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR