Ermənilər İşğal etdikləri Azərbaycan ərazilərindəki filiz yatağında kəşfiyyat işləri aparırlar

Ermənilər İşğal etdikləri Azərbaycan ərazilərindəki filiz yatağında kəşfiyyat işləri aparırlar
# 26 fevral 2012 10:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Mehmanə filiz yatağında kəşfiyyat işləri aparırlar. APA-nın bildirdiyinə görə, bu barədə «Novosti Armenia» saytı ərazidə geoloji kəşfiyyat işləri aparan «Vallex» şirkətinə istinadən məlumat yayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən sayta verilən məlumata görə, bu günədək Mehmanə yatağında sovetlər birliyi dövründə əldə edilmiş məlumatların dəqiqləşdirilməsi üçün üç mərhələdə kəşfiyyat işləri aparılıb. Nümunələr «Vallex»in özünün laboratoriyası ilə yanaşı, Avropa laboratoriyalarında təhlil olunub. Hal-hazırda nəticələr sistemləşdirilir.

Qeyd edək ki, qiymətləndirmələrə görə, Ağdərə ərazisində yerləşən Mehmanə yatağında 2,4 milyon ton mis, 40,3 min ton molibden, 80,7 min ton qızıl, 605,3 min ton gümüş ehtiyatı var.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR