Zərdab rayonunda Milli Mətbuat Günü qeyd edilib

Zərdab rayonunda Milli Mətbuat Günü qeyd edilib
# 21 iyul 2012 17:47 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Bu gün Milli Mətbuat Günü münasibətilə Zərdab Rayon İcra Hakimiyyətində görüş olub. APA-nın yerli bürosunun məlumatına görə, rayon icra başçısı Lütvəli Babayev rayonda fəaliyyət göstərən “Əkinçi” qəzetinin kollektivi ilə görüşüb.

Görüşdə icra başçısı Lütvəli Babayev prezident İlham Əliyevin Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi və onun ev muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması barədə sərəncamlarının dərin minnətdarlıq hissi ilə qarşılandığını qeyd edib.

Görüşdə “Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub və redaksiya işçiləri mükafatlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR