“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası” təsdiqlənib

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası” təsdiqlənib
# 02 mart 2012 15:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası»nı təsdiqləyib.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, bu qayda Azərbaycan Gömrük Məcəlləsinin 261.2-ci maddəsinə əsasən hazırlanıb və Azərbaycan Dövlət Gömrük Komitəsinin apardığı Reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması məsələlərini tənzimləyir.

Qaydada bildirilir ki, Gömrük Məcəlləsinə müvafiq olaraq gömrük borcları bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan və Reyestrə daxil edilmiş kredit təşkilatlarının qarantiyası ilə təmin olunur. Gömrük orqanları yalnız qeyd olunan qayda ilə müəyyən edilmiş formada təqdim olunan qarantiyaları gömrük borcunun ödənilməsi təminatı kimi qəbul edir.

Bundan başqa, qaydada kredit təşkilatının reyestrə daxil edilməsi üçün tələb olunan sənədlər, kredit təşkilatının reyestrə daxil edilməsi, reyestrə daxil edilmiş kredit təşkilatının vəzifələri və məsuliyyəti, həmçinin qarantiya ilə təminatın maksimal hədləri qeyd olunub.

Qeyd edək ki, bu qərar bu ilin martın 1-dən qüvvəyə minib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR