Barak Obamanı öldürməklə hədələyən şəxs həbs edilib

Barak Obamanı öldürməklə hədələyən şəxs həbs edilib
# 07 sentyabr 2012 02:51 (UTC +04:00)
Bakı-APA. ABŞ xüsusi xidmət orqanları Twitter-də Demokratlar partiyasının qurultayı zamanı prezident Barak Obamanı öldürəcəyini yazmış şəxsi həbs ediblər. Saxlanılan şəxs 21 yaşlı Donte Camar Simsdir.

Sims Twitter-dəki yazını narkotik maddələrin təsiri altında yazdığını etiraf edib. O prezidentə nifrət etdiyini gizlətməsə də, sözlərinə görə üzr istəyib. Günahı sübut olunarsa, Sims 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR