Sabah Xətai, Suraxanı, Lənkəran və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Xətai, Suraxanı, Lənkəran və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 18 oktyabr 2012 15:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Sabah Bakının Xətai, Suraxanı, həmçinin Lənkəran və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan 15:00-dək «Ağ şəhər» magistral qaz kəmərində, saat 10:00-dan 19:00-dək «Xaçmaz» Avtomatik Qazpaylayıcı Stansiyasında və «Lənkəran» Qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xaçmaz rayonuna, Lənkəran şəhəri daxil olmaqla Digah və Şiləvar kəndlərinə, həmçinin Suraxanı rayonunun Zığ və Xətai rayonunun Əhmədli qəsəbələrinə mavi yanacağın verilişində fasilələr yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR