Goranboyda üzərində zorakılıq əlamətləri olan 74 yaşlı qadın meyiti tapılıb

Goranboyda üzərində zorakılıq əlamətləri olan 74 yaşlı qadın meyiti tapılıb
# 04 avqust 2012 08:18 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Goranboy rayonunda üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkar olunub. Goranboy rayon prokurorluğundan APA-ya verilən məlumata görə, avqustun 3-də saat 08:00 radələrində Şadılı kənd sakini, 1938-ci il təvəllüdlü Əliyeva Gülarə Müseyib qızının üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR