Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda hərbi maşın qəzaya uğrayıb, 4 erməni hərbçi ölüb, 15 nəfər yaralanıb

Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda hərbi maşın qəzaya uğrayıb, 4 erməni hərbçi ölüb, 15 nəfər yaralanıb
# 02 noyabr 2012 06:51 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Ermənistan ordusunun hərbçilərini daşıyan maşın qəzaya uğrayıb.

APA-nın “NEWS.am”a istinadən xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.

Onun sözlərinə görə, “Ural” markalı maşının qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub, 15 nəfər yaralanıb. Onların hamısı müqavilə ilə xidmət edən hərbi qulluqçulardır.

Yaralılar Ermənistanın Vardenis rayonundakı hərbi hospitala yerləşdiriliblər. Onlardan birinin çox ağır vəziyyətdə olduğu bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR