Mirmahmud Mirəlioğlu: “ACP-nin hərəkatdan çıxmaq qərarında Rəsul Quliyevin bir məsələyə əvvəl bir cür, sonra başqa cür yanaşması da rol oynayıb” - MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: “ACP-nin hərəkatdan çıxmaq qərarında Rəsul Quliyevin bir məsələyə əvvəl bir cür, sonra başqa cür yanaşması da rol oynayıb” - <font color=red>MÜSAHİBƏ</font>
# 24 iyul 2012 08:23 (UTC +04:00)
- Açıq Cəmiyyət Partiyasının (ACP) Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxmasının səbəblərini açıqlayan bəyanatını necə dəyərləndirirsiniz?
- ACP-nin hərəkatından çıxmasına dair açıqladığı səbəblər və arqumentlər doğrudur. Amma onların sadaladığı səbəblərin hamısı birbaşa Açıq Cəmiyyət Partiyasına da aiddir. Artıq bu məsələni müzakirə etmişik.

- Sülhəddin Əkbərin ACP sədri postuna gətirilməsini partiyanın hərəkatla əlaqələrinin soyumasına səbəb olan məqam kimi səciyyələndirmək olarmı? ACP İctimai Palataya doğru istiqamət götürür?
- Birgə fəaliyyət göstərdiyim şəxslər haqqında bu gün haqsız danışmaq mənə yaraşmaz və doğru olmaz. Bu məsələ partiyanın daxili işidir. Digər tərəfdən burada ACP lideri Rəsul Quliyevin bir məsələyə bir saat əvvəl bir cür, bir saat sonra isə başqa şəkildə münasibət sərgiləməsi, informasiya blokadasında olması, o cümlədən onu bu informasiya blokadasında saxlayanların bu məsələni çox peşəkarcasına yerinə yetirməsi xüsusi rol oynayır. İşləri avand olsun, özləri bilərlər. Onların fəaliyyəti ilə bağlı heç nə danışmaq istəmirəm. Onların bundan sonra hara yaxınlaşacağı, nə edəcəyi gün kimi aydındır.

- Sizin iştirak etdiyiniz, ümumiyyətlə müxalifət düşərgəsində hərəkatların, birlik və ittifaqların qısa zamanda dağılmasının səbəblərini araşdırmısınızmı?
- Əlbəttə bunu nəinki araşdırmışıq, hətta bu məsələni ayrı-ayrı qurumlarla birgə olduğumuz zaman, hətta ayrıldığımız vaxtlarda belə müzakirə etmişik. Bir halda ki, danışırıq, bir məsələni diqqətinizə çatdırmaq istərdim. Rəsul Quliyevin Əbülfəz Elçibəy hakimiyyətinə münasibəti, bu günlərdə onun verdiyi müsahibələr, baş verənlərə münasibəti əslində ACP-nin hərəkatdan uzaqlaşması qərarının meydana çıxmasında böyük rol oynayıb. Amma istənilən adamın seçiminə hörmətlə yanaşmaq lazımdır. Çox qısa zamanda bütün məsələlər də özünün həqiqi və reallığa uyğun qiymətini alacaq.

- Hərəkatın bundan sonrakı fəaliyyəti necə olacaq və boşalan yerlərin doldurulması istiqamətində nə kimi addımlar atılacaq?
- Hərəkata edilən və bizim etdiyimiz müraciətlər var. Əvvəlcədən də bu hərəkatda təmsil olunmaq niyyətində olan partiyalar mövcud olub. Azərbaycanda demokratiyanın inkişafı naminə fəaliyyətimizi davam etdirəcəyik. Təəssüf ki, Azərbaycan siyasətində birgə fəaliyyət imkanları mövsümü xarakter daşıyır. Ya daimi olmur, ya seçkiyə hesablanır, yaxudda başqa layihələrə. Azərbaycanda siyasətçilər də, insanlar da bu cəmiyyətin, bu torpağın yetirmələridir. Əbülfəz Elçibəy demişkən, Azərbaycana Avropadan, ayrı-ayrı ölkələrdən insanlar gətirib, onlarla işləmək mümkün deyil. Ona görə nəyimiz var, onunla işləməliyik. Olanımız da hələlik budur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR