Bakıda 28 yaşlı qadın Biznes Mərkəzinin 10-cu mərtəbəsindən özünü atıb

Bakıda 28 yaşlı qadın Biznes Mərkəzinin 10-cu mərtəbəsindən özünü atıb
# 15 mart 2012 11:09 (UTC +04:00)
Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün Səməd Vurğun küçəsi - 33 ünvanında yerləşən 22 mərtəbəli Biznes Mərkəzinin binasında qeydə alınıb. Bakı şəhər sakini, 28 yaşlı Fərəh Natiq qızı Ağazadə binanın 10-cu mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə Nəsimi rayon Prokurorluğunun əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.

İntiharın səbəbləri barədə hələlik heç bir məlumat verilməsə də, onun ruhi xəstə olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR