Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı “Yandex”i məhkəməyə verib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı “Yandex”i məhkəməyə verib
# 24 sentyabr 2012 13:28 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın axtarış sistemi “Yandex” Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən məhkəməyə verilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, buna səbəb “Yandex”in Türkiyənin İstanbul və Ankarada yerləşən hərbi hissələrinə dair videogörüntüləri yayımlaması olub. “Yandex”in günahı sübuta yetiriləcəyi təqdirdə şirkətin pul və ya Türkiyə ofisi rəhbərinin həbs cəzası ala biləcəyi bildirilib.

Qeyd edək ki, dünyanın beş ən güclü axtarış sistemlərindən biri olan “Yandex” 1997-ci ildə yaradılıb. 4 min nəfər işçisi olan “Yandex”in mərkəzi ofisi Moskvada yerləşir. Bundan başqa şirkətin Belarus, Qazaxıstan, Ukrayna və Türkiyədə də ofisləri fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR