Azərbaycanda dolların birja məzənnəsi avqustda 0,03% enib

Azərbaycanda dolların birja məzənnəsi avqustda 0,03% enib
# 07 sentyabr 2012 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avqust ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,03% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7848 AZN-dən 0,7846 AZN-dək enib. Manatın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi avqust ayında 0,7853 AZN-ə bərabər olub.

Xatırladaq ki, avqust ayında BBVB-nin valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 8 bankın iştirakı ilə 56,343 mln. manat və ya dollar ekvivalentində 71,749 mln. həcmində 29 alqı-satqı əqdi qeydə alınıb. Bu isə iyul ayı ilə müqayisədə 18% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR