Sumqayıtda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilib

Sumqayıtda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilib
# 18 may 2012 09:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti Sumqayıt Regional Mərkəzi ilə birlikdə Sumqayıt şəhərində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, müşavirədə Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər, çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi mövzularında çıxışlar edilib. Sumqayıtın çimərlik mövsümünə hazırlıq vəziyyəti ilə əlaqədar məlumatlar verilib.

Müşavirədə yay çimərlik mövsümünə hazırlıqla bağlı qarşıda duran problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparılıb. Sumqayıt şəhəri ərazisində yerləşən çimərliklərdə mövcud problemlər təhlil olunub. Çimmək üçün qadağan edilmiş yerlərə aidiyyəti orqanların nəzarətinin gücləndirilməsi və həmin yerlərdə qadağanedici işarələrin yerləşdirilməsinin vacibliyi bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR