İranla Şimali Koreya arasında yeni əməkdaşlıq sazişi imzalanıb

İranla Şimali Koreya arasında yeni əməkdaşlıq sazişi imzalanıb
# 03 sentyabr 2012 10:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran və Şimali Koreya arasında elm və texnologiya sahəsində əməkdaşlıq sazişi imzalanıb. APA-nın məlumatına görə, sənədi İranın elm və texnologiya naziri Kamran Daneşcu və Şimali Koreyanın xarici işlər naziri Pak Uiçin imzalayıb.

Lakin sazişin detalları açıqlanmır.

İran dövlət televiziyası isə sazişin ortaq elmi və texnoloji laboratoriyalarının qurulması, elmi qrupların qarşılıqlı dəyişdirilməsi və məlumat texnologiyaları, enerji, ətraf mühit və əkinçilik sahələrində texnologiya mübadiləsini ehtiva etdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR