Azərbaycanın xalq artisti İlhamə Quliyeva xəstəxanadan evə buraxılıb

Azərbaycanın xalq artisti İlhamə Quliyeva xəstəxanadan evə buraxılıb
# 07 sentyabr 2012 15:06 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən müğənninin prodüseri Lamiyə Ələkbərqızı bildirib ki, xalq artisti bir saat əvvəl xəstəxanadan evə yola salınıb: “İlhamə xanımın evə buraxılması xüsusi təmtəraqla qeyd olundu. Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyi tərəfindən İlhamə xanıma sürprizlər oldu. Üzərində İlhamə xanımın fotosu olan disk şəklində şokolad, gül dəstələri, xəstəxananın şəklinin yer aldığı şirniyyatlar verildi”.

L. Ələkbərqızı bildirib ki, İlhamə Quliyevanı xəstəxanadan çıxaranlar arasında sənət dostları Könül Kərimova, Cabbar Musayev, Elariz Məmmədoğlu və digərləri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR