Fikrət Cəfərov: “Mirmahmud bəy, Elçibəyin siyasi kursu belə idimi?”

Fikrət Cəfərov: “Mirmahmud bəy, Elçibəyin siyasi kursu belə idimi?”
# 12 oktyabr 2012 12:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Partiya Ali Məclisinin sessiyasında həmkarım Ədalət Yusubovun dedikləri ümumilikdə fraksiyanın mövqeyidir. Hamıya bəllidir ki, Klassik Xalq Cəbhəsi Partiyasında artıq bıçaq sümüyə dirənib. Ədalət Yusubovun sessiyada demək istədiyi məqam əslində bu olub. Partiyada isə öyrədilmiş şəxslər bunu öz istədikləri istiqamətlərə yozurlar. Kimlərisə qızışdırıb araqarışdıranlıq etmək Mirmahmud Mirəlioğlunun köhnə taktikasıdır”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin keçmiş müavini, partiyada yaradılan “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərov deyib.

O bildirib ki, KXCP sədri M.Mirəlioğlu məzuniyyətdən döndükdən sonra da partiyada narazılığın aradan qaldırılmasına xidmət edən heç bir addım atmayıb: “Biz yumşaq siyasətin və məişətlə siyasətin qarışdırılmasının əleyhinəyik. Şəxsi məsələləri siyasətə qarışdırmaq olmaz. Partiya sədri məzuniyyətdən qayıtdıqdan sonra yeni bir fikir söyləməyib, fraksiyanın ona ünvanlanan suallarını cavablandırmayıb. Heç nədən ortaya nəsə çıxmır. Artıq yalanlardan bezdik. Bunlardan nəticə çıxarmaq əvəzinə partiya sədri bir neçə qaragüruhu meydana çıxardaraq, arxasında manevr edir”.

F.Cəfərovun sözlərinə görə, fraksiyadan imtina etmək problemdən çıxış yolu deyil: “Mirmahmud bəy çıxış yolunu bunda görürsə, yenə yanılır. Buradan ona müraciət edirəm: Mirmahmud bəy, bizi gülüş obyektinə çevirən manevrləri dayandır. Hər birliyə bir nümayəndə göndərilməsi ilə bağlı qərar verilir. Bəs partiya sədri nə edəcək? Əbülfəz Elçibəyin siyasi kursu belə idimi? Prosesləri yola vermək siyasətdirmi? Mirmahmud Mirəlioğlu öz yürütdüyü siyasətə aydınlıq gətirməli, səhv siyasətini etiraf etməlidir”.

M.Mirəlioğlu isə APA-ya bildirib ki, nəinki F.Cəfərova cavab vermək, ümumiyyətlə, bu mövzuda danışmaq istəmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR