Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Azərbaycan üzrə baş meneceri Azərbaycana gələcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Azərbaycan üzrə baş meneceri Azərbaycana gələcək
# 08 noyabr 2012 11:28 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

Səfərin məqsədi AEBA ilə birgə həyata keçirilən layihələrin icrası vəziyyətini öyrənməkdir: “Hazırda AEBA ilə 5 layihə icra olunur. Səfər çərçivəsində bu layihələri həyata keçirən qurumların hər birində - Radiasiya Problemləri İnstitutunda, Milli Onkologiya Mərkəzində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, Fövqəladə Hallar Nazirliyində görüş gözlənilir”.

A. Qəribov deyib ki, A. Çupov səfəri çərçivəsində noyabrın 21-də Bakıda keçiriləcək nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə konfransın nəticələri ilə də tanış olacaq.

Qeyd edək ki, sözügedən konfransda AEBA-dan və digər beynəlxalq qurumlardan nümayəndələr iştirak edəcək. O cümlədən Polşa Nüvə Kimyası institutunun direktoru, Rusiyadan isə 12 nəfərdən ibarət böyük nümayəndə heyəti də konfransa qatılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR