Bu gün “Eurovision-2012” müsabiqəsinin final mərhələsində iştirak edəcək ölkələrin təmsilçiləri ilk məşqə çıxacaqlar

Bu gün “Eurovision-2012” müsabiqəsinin final mərhələsində iştirak edəcək ölkələrin təmsilçiləri ilk məşqə çıxacaqlar
# 19 may 2012 09:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün Almaniya, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya və qalib ölkə Azərbaycanın təmsilçiləri ilk dəfə səhnədə məşq edəcəklər. Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink, İtaliya təmsilçisi Nina Zilli və Fransa təmsilçisi Anqun artıq Bakıdadır. Bu gün həmçinin ikinci yarımfinalda çıxış edəcək ölkələrdən Sloveniya, Xorvatiya, İsveç, Gürcustan və Türkiyə təmsilçiləri ikinci məşqlərini edəcəklər. Məşqlərdən sonra hər bir ölkənin təmsilçisi mətbuat konfransı keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR