Mark Tsukerberqin bacısı “Facebook”un əsas rəqibi olan “Google”da işləyəcək

Mark Tsukerberqin bacısı “Facebook”un əsas rəqibi olan “Google”da işləyəcək
# 01 avqust 2012 11:40 (UTC +04:00)
Bakı – APA-Economics. “Facebook”un qurucusu Mark Tsukerberqin bacısı Ariel yaxın vaxtlarda bu sosial şəbəkənin əsas rəqibi olan “Google” internet korporasiyasında çalışmağa başlayacaq.

APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, hazırda Ariel Tsukerberq “Facebook”un tərəfdaş şirkətlərindən olan “Wildfire Interactive”də kiçik menecer işləyir.

Bu günlərdə məlum olub ki, “Google” şirkəti 250 mln. dollar ödəməklə “Wildfire Interactive”ni almaq qərarına gəlib. Şirkətin 350 nəfər əməkdaşı da bundan sonra “Google”da çalışmağa başlayacaq.

Qeyd edək ki, Mark Tsukerberqin böyük bacısı Rendi “Facebook”un marketinqi ilə məşğuldur. Qardaşının cəhdlərinə rəğmən, Ariel sosial şəbəkədə çalışmaqdan imtina edib və müstəqil karyera qurmağa üstünlük verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR