Azərbaycan Milli İncəsənət Muzeyində “Fransa incəsənəti” sərgisi keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyində “Fransa incəsənəti” sərgisi keçiriləcək
# 29 fevral 2012 13:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Milli İncəsənət Muzeyində “Fransa incəsənəti” sərgisi keçiriləcək. APA-nın məlumatına görə, sərgi martın 10-dan mayın 6-dək davam edəcək. Sərgidə Luvr, Deorsey, Versal, Pompida, Marsel, Lionda yerləşən məşhur dünya muzeylərindən işlər nümayiş olunacaq. Sərgiyə gələnlər Edqar Deq, Roden, Anri Matiss, Anri Tuluz Rotrek, Jan Simeon Şardin, Ejen Delakrua, Rene Lalik, Ogüst Renua və başqalarının əsərlərini görə biləcəklər. Ekspozisiya 17, 18, 19-cu əsrlər və müasir dövr üzrə bölmələrə ayrılacaq. Hər zalın rəngi mərhələdən asılı olaraq inqilabi qırmızı, yaşıl Napoleon rənglərə boyanacaq. Hər dövrün, hər zalın özünəməxsus musiqisi olacaq. Məqsəd iştirakçılara əsl fransız incəsənətini, ruhunu hiss etdirməkdən ibarətdir.

Ümumilikdə sərgidə 400-ə yaxın əsər təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR