Rusiya XİN: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırılması təkcə Fransanın təşəbbüsü deyil

Rusiya XİN: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırılması təkcə Fransanın təşəbbüsü deyil
# 18 oktyabr 2012 15:32 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırılması təkcə Fransanın təşəbbüsü ilə olmayıb. Bu fikirləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə aparılan danışıqlarda təşəbbüsü Fransanın ələ götürməsi fikrini şərh edən Rusiya XİN-nin xüsusi nümayəndəsi bildirib ki, bu problemin həlli istiqamətində üçlük, yəni ATƏT-in Minsk Qrupu (ABŞ, Fransa və Rusiya) həmsədləri fəaliyyət göstərir: ”Hər üç ölkə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində eyni dərəcədə təşəbbüs göstərirlər. Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşün keçirilməsi ATƏT-in Minsk Qrupu həmsədrləri ilə razılaşdırılıb. Ola bilsin ki, görüşün Fransada keçirilməsi təşəbbüsü onlar tərəfindən irəli sürülsün. Danışıqlar prosesinin davam etdirilməsi isə həmsədr ölkələrinin birgə fəaliyyətinin nəticəsidir”.

Aleksandr Lukaşeviç Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu ayın sonunda keçiriləcəyini bildirib: “Görüşün harada keçirilməsi hələ dəqiqləşdirilməyib. Bu görüşün nəticələrindən asılı olaraq ATƏT-in Mİnsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər. Rəsmi Moskva Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində dialoqu dəstəkləyir. Ən vacib olan tərəflərin danışıqlar prosesini davam etdirməsidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR