Liviyada keçirilən parlament seçkilərində sabiq baş nazirin bloku qalib gəlib

Liviyada keçirilən parlament seçkilərində sabiq baş nazirin bloku qalib gəlib
# 18 iyul 2012 01:11 (UTC +04:00)
Bakı-APA. Liviya parlamenti - Milli Konqresə keçirilən seçkilərin elan olunmuş yekun nəticələrinə görə, sabiq baş nazir Mahmud Cibrilin başçılıq etdiyi liberallar koalisiyası bloku – “Milli Qüvvələrin Alyansı” qalib gəlib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bunu Liviya seçki komissiyası səsvermənin yekun nəticələrinə aid açıqlamasında bildirib. İkinci yerdə “müsəlman qardaşlarının” təşkil etdiyi Quruculuq və ədalət partiyasıdır. Liviya keçid hökumətinin sabiq rəhbərinin başçılıq etdiyi koalisiya 200 deputat mandatı olan parlamentdə çoxluğa nail olub. Deputat mandatlarının cüzi hissəsi majoritar deputatlar qazanıb.
Son 42 ildə Liviyada keçirilən ilk parlament seçkilərində əhalinin 60% iştirak edib.
Liviya Milli Konqresi hökuməti təyin edəcək və bir il ərzində əsas qanunları qəbul edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR