Masallının icra başçısı növbəti səyyar qəbul keçirib

Masallının icra başçısı növbəti səyyar qəbul keçirib
# 11 aprel 2012 19:02 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Bu gün Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulunu rayonun Şıxlar kəndində keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, yerli sakinlərin iştirakı ilə keçən tədbirdə RİH başçısının Şıxlar ərazisi üzrə nümayəndəsi Gülağa Məmmədov hesabat xarakterli çıxışında son zamanlar kənddə orta məktəb və tibb məntəqəsi üçün yeni binaların inşa olunduğunu, əsas kəndarası yollarına çınqıl, kəndi Masallı rayonu ilə birləşdirən mərkəzi yola isə asfalt döşəndiyini bildirib. Kənd sakinlərinin taxılçılığın inkişafına xüsusi önəm verdiyini qeyd edən ərazi nümayəndəsi bu il pay torpaqlarında 90 hektarda buğda, 4 hektarda arpa və 2,6 hektarda vələmir əkildiyini diqqətə çatdırıb.
Şıxlar kənd ağsaqqalları adından Böyükağa Əkbərov və Xosi Mehdiyev, ziyalı Əziz Hüseynov, sakinlərdən Bəhmən Musayev, Qədir Məmmədov və digərləri çıxışlarında yerli əhalinin rifahı naminə görülən işləri yüksək qiymətləndirməklə yanaşı, icra başçısından onları narahat edən problemlərin həllinə, o cümlədən əraziyə qaz xəttinin çəkilməsinə, yararsız elektrik dirəklərinin dəyişdirilməsinə və kəndarası yollarının təmirinə köməklik göstərilməsini xahiş ediblər.
Tədbiri yekunlaşdıran Masallı RİH-nin başçısı Qəzənfər Ağayev sakinləri narahat edən məsələlərin və irəli sürülən təkliflərin həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR