«ABB-Gürcüstan» bankında Audit Komitəsi yaradılıb
02 mart 2012 09:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan» bankı Direktorlar Şurasının tərkibi genişləndirilib və Audit Komitəsi yaradılıb. Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illərin maliyyə göstəricilərini nəzərə alaraq yeni alətləri və xidmətlərin tətbiqini əks etdirən «ABB-Gürcüstan»ın yeni inkişaf strategiyası hazırlanıb.
Bankın Müşahidə Şurasının iclasında Audit Komitəsinin sədri Şalva Qoduadze, müavini Fuad Mürşüdli və Komitənin üzvü Vəli Əliyevin tərkibində Audit Komitəsinin yaradılması barədə qərar qəbul edilib. Bundan başqa, baş direktor Samir Vəliyev, şuranın üzvü Nelli Tsuklauri ilə yanaşı Direktorlar Şurasına Əli Haqverdiyev və Şakir Məmmədov daxil ediliblər.
Qeyd edək ki, «ABB-Gürcüstan» bankı 2007-ci ildən fəaliyyət göstərir. Bank təsisçiləri rolunda Azərbaycan Beynəlxalq Bankı (75%), «Azərbaycan Sənaye Bankı» (12,5%) və bir fiziki şəxs (12,5%) çıxış edir.

Maliyyə
Kapital Bank-ın Laçın filialının açılışı baş tutub
17:45
7 may 2024
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
17:09
7 may 2024
Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
15:00
7 may 2024
Vüqar Bayramov: İqtisadi uğurlarımızın, suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir
11:51
7 may 2024