ABŞ «gələcəyin əsgəri»ni yaradır

ABŞ «gələcəyin əsgəri»ni yaradır
# 14 avqust 2012 15:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. ABŞ Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və Layihələri Agentliyi (DARPA) insan genlərində dəyişikliklər etməklə «gələcəyin əsgəri»nin yaradılması üzərində işləyir. APA-nın bildirdiyinə görə, bu barədə “Rossiya” televiziyası əlumat yayıb.

Məlumatda bildirilir ki, DARPA tərəfindən həyata keçirilən layihəyə görə, genin dəyişdirilməsi nəticəsində gələcəyin əsgərləri qidalanmadan günlərlə döyüşə biləcək, partlayış zamanı qopmuş ayaq və qollar yenidən inkişaf edərək bərpa olunacaq.

DARPA-nın araşdırmalarını yaxından izləyən elmi tədqiqatçı Simon Konvey insan bədənindəki yağların enerjiyə çevrilməsi yolu ilə insanın günlərlə ac-susuz qalmasını teorik olaraq mümkün sayıb. O, DARPA-nın bənzər layihələr üzərində sıx iş apardığını vurğulayıb.

Arizona Universitetinin professoru Coel Garo isə ABŞ ordusunun helikopter pilotları üzərində yeni dərmanı sınaqdan keçirdiyini deyib. Onun sözlərinə görə, yeni dərmanın təsiri ilə pilotlar 40 saat yatıb dincəlmədən, həmçinin müvazinətini itirmədən uçmağı bacarıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR