MTRŞ: Telekanallarda sponsorların təqdimatının reklam kimi verilməsinin qarşısı alınacaq

MTRŞ: Telekanallarda sponsorların təqdimatının reklam kimi verilməsinin qarşısı alınacaq
# 03 oktyabr 2012 08:09 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.

N. Məhərrəmli bildirib ki, telekanallarda sponsorların təqdimatı reklam kimi verilir: “Bu isə doğru deyil və bu halın qarşısı alınacaq. Çünki reklama verilən vaxtla sponsorlara ayrılan vaxt eyni deyil. Bunlar ayrı-ayrı şeylərdir. Çox təəssüf ki, telekanallarda belə hallar var. Bunun aradan qaldırılması üçün qanunvericiliyin verdiyi tələblər çərçivəsində addımlar atılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR