İranda azərbaycanlı fəal 2 il azadlıqdan məhrum edilib

İranda azərbaycanlı fəal 2 il azadlıqdan məhrum edilib
# 16 oktyabr 2012 13:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlı fəal Məsud Hüseynzadə 2 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın HRANA-ya istinadən məlumatına görə, hakimiyyət əleyhinə təbliğat aparmaqda və ölkənin ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə təqsirləndirilən M.Hüseynzadə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilib.

Məhkəmənin qərarı ilə azərbaycanlı fəal 18 ay qəti, 6 ay isə şərti həbs cəzasına məhkum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR