Azərbaycan Vilnüsdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan Vilnüsdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edir
# 02 mart 2012 15:11 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. Bu gün Vilnüs (Litva) şəhərində keçirilən “VİVATTUR 2012” beynəlxalq turizm sərgisi işə başlayıb.

APA-Economics”in xəbərinə görə, tədbirdə Azərbaycanın turizm potensialının təbliğ olunması məqsədilə 25 kv. m sahə icarəyə götürülüb. Guşə sərgi ziyarətçilərinə və iştirakçılarına təqdim etmək üçün ingilis və rus dillərində 20 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ikinci dəfədir ki, “VİVATTUR” beynəlxalq turizm sərgisində iştirak edir. Sərgidə ölkəmizlə yanaşı, 17 ölkədən 192-yə yaxın şirkət təmsil olunur. Bu ölkələrin sırasında Belarus, Xorvatiya, Çexiya Respublikası, Estoniya, Latviya, İndoneziya, İsrail, Moldova, Nepal, Polşa, Türkiyə, BƏƏ və bir çox yerli və xarici turizm şirkətləri iştirak edir.

“Visus Plenus” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgi Litva vaxtı ilə saat 10.00-da işə başlayıb. Sərgi iştirakçıları və Litva tərəfi Azərbaycanın stendinə böyük maraq göstərir. Litva mətbuatı artıq həm də “Eurovision” ölkəsi kimi tanınan Azərbaycanın turizm potensialına və mədəni dünyasına yaxından maraq göstərir.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Azərbaycanın sərgidəki stendinə təşrif buyurub. Diplomat Litvada Azərbaycana çox böyük marağın olduğunu, Azərbaycan-Litva mədəni münasibətlərinin yeni mərhələsinin yaşandığını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR