Son iki ildə Şəki, Zaqatala və Qaxın qış otlaqlarında 12 qədim yaşayış yeri qeydiyyata alınıb

Son iki ildə Şəki, Zaqatala və Qaxın qış otlaqlarında 12 qədim yaşayış yeri qeydiyyata alınıb
# 16 may 2012 09:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Zaqatalada baş verən zəlzələ bu bölgədə yerləşən arxeoloji abidələrdə dağıntılar yaratmayıb. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov deyib. O bildirib ki, zəlzələ zonasındakı arxeoloji abidələr, xüsusilə də Qafqaz Albaniyası dövründə tikilən tikililər çox möhkəm olduğundan yeraltı təkanlar onlara təsir etməyib.

N. Muxtarovun sözlərinə görə, ümumiyyətlə, şimal-qərb bölgəsində qeydə alınan arxeoloji abidələrin sayı 150-ə yaxındır. Son iki ildə Şəki, Zaqatala və Qaxın qış otlaqlarında 12 qədim yaşayış yeri qeydiyyata alınıb: “Yaxın vaxtlarda həmin yaşayış yerlərində kəşfiyyat qazıntıları aparılacaq və mədəni qatın qalınlığı, onların yaşı müəyyən ediləcək. Lakin bölgədə qeydə alınmayan abidələrin sayı sayı daha çoxdur. Bu da onların mühafizəsini çətinləşdirir. Bu il ərzində şimal-qərb bölgəsində yerləşən arxeoloji abidələrin siyahıya alınması keçiriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR