Azərbaycanda beton plitə 3 metr hündürlükdən fəhlənin üstünə düşüb, o, yerindəcə keçinib

Azərbaycanda beton plitə 3 metr hündürlükdən fəhlənin üstünə düşüb, o, yerindəcə keçinib
# 18 iyun 2012 08:11 (UTC +04:00)
Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Hüseyn Cavid prospekti, 31 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının bağında təmir işləri ilə əlaqədar yararsız tikintinin sökülməsi zamanı orada fəhlə işləyən, 1982-ci il təvəllüdlü Həsənov Zaur Fikrət oğlunun üzərinə 3 metr hündürlükdən beton piltə düşüb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR