İsrail aviasiyası Qəzzaya hava zərbəsi endirib

İsrail aviasiyası Qəzzaya hava zərbəsi endirib
# 20 sentyabr 2012 01:11 (UTC +04:00)
Bakı-APA. İsrail aviasiyasının Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində iki Fələstin sərhədçisi həlak olub, daha bir nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kedr bildirib. O deyib ki, hava zərbəsi Fələstinin Misir ilə sərhədində yerləşən Rəfaf şəhərinin yaxınlığında bir avtomobilə endirilib. Avtomobildə yalnız sərhədçilər olub.
İsrail tərəfi bombardmanın keçirilməsini təsdiq etsə də, hadisənin təfərrüatlarını açıqlamayıb.
Adətən İsrail ordusu Fələstin ərazisindən buraxılan raket atəşinə cavab olaraq hava zərbəsi endirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR