Ukrayna Azərbaycana Braziliyada inşa etdiyi kosmodromdan istifadə etməyi təklif edir

Ukrayna Azərbaycana Braziliyada inşa etdiyi kosmodromdan istifadə etməyi təklif edir
# 04 aprel 2012 14:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Ukrayna Braziliya ilə birgə kosmodrom inşa edir. “APA-Economics”in xəbərinə görə, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko bildirib.

Onun sözlərinə görə, Braziliyada inşa olunacaq kosmodrom Ukraynaya məxsus olacaq və 2013-cü ildə istifadəyə veriləcək.

“Biz Azərbaycana bu kosmodromdan istifadə etməyi təklif edirik. Eyni zamanda kosmik sənaye sahəsində Azərbaycana yalnız hazır məhsul deyil, xidmətlərin tam spektrini təklif edirik. Bu sahədə yeni texnologiyalarımızı bölüşməyə hazırıq. Azərbaycan Alkantara kosmodromundan istifadə edə bilər” - deyə V.Mayko qeyd edib.

Xatırladaq ki, “Alkantara buraxılış mərkəzində “Siklon-4” raketdaşıyıcısının istifadəsi üzrə uzunmüddətli əməkdaşlıq haqqında” Ukrayna-Braziliya sazişi 22 sentyabr 2004-cü ildə qüvvəyə minib. Sazişə uyğun olaraq 2010-cu ilin sentyabrında Braziliyada kompleksin tikintisinə başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR