Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə “Readmissiya və qayıdışa dəstək” mövzusunda seminar keçirilib

Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə “Readmissiya və qayıdışa dəstək” mövzusunda seminar keçirilib
# 24 iyul 2012 08:10 (UTC +04:00)
APA-nın məlumatına görə, seminarda DMX-nin əməkdaşları ilə yanaşı xarici ekspertlər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən DMX Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov qeyd edib ki, layihə çərçivəsində indiyədək 2 tədbir keçirilib. Azərbaycanda miqrasiya sahəsində qanunvericilik bazasının yaradıldığını deyən DMX nümayəndəsinin sözlərinə görə, artıq Miqrasiya Məcəlləsinin layihəsi hazırdır və müvafiq qurumlarla razılaşdırma prosesindədir. Azərbaycanda qanunsuz miqrasiya ilə mübarizənin aktuallıq kəsb etdiyini söyləyən V. Qəhrəmanov miqrasiya qanunvericiliyinin formalaşdırılması istiqamətində Avropa Birliyi ilə birgə görülən işlərdən danışıb.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin siyasi şöbəsinin rəhbəri Andrey Valentinov isə qeyd edib ki, AB Azərbaycanda miqrasiya sahəsində Tvinninq layihəsini həyata keçirməyi planlaşdırır. Son bir neçə ildə Azərbaycana miqrantların axınının yarandığını deyən A. Valentinov bu sahədə prosesin tənzimlənməsinin vacibliyini vurğulayıb.

Daha sonra müxtəlif ekspertlər məruzələrlə çıxış ediblər. Seminar 3 gün davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR